Məşhur müğənni Gökselin son paylaşımında üzündəki dəyişiklik diqqət çəkib. Bir çox istifadəçi onun uğursuz plastik əməliyyat keçirdiyini bildirib. 

"Unikal" xəbər verir ki, Göksel ona qarşı plastik əməliyyat iddiaları ilə bağlı səssizliyini pozub.

Konsert üçün getdiyi Adanada video paylaşan 53 yaşlı Göksel plastik əməliyyat keçirmədiyini açıqlayıb. Belə ki, o,  "Instagram"da fotosunu paylşaraq, "Uşaqlar, bu mənəm.  Digər fotodakı şəxsi də tanımıram", - yazıb.