2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
"Unikal" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.