Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakı hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib və həmin əməli törətməkdə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Polis əməkdaşları tərəfindən dostluq əlaqəsində olan 2 nəfər — 39 və 34 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıblar.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.