Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Elyanə Ziyadova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qəzaya düşən motosiklet sürücüsü kruyer olub. Hadisə yerinə DYP əməldaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov