"Kral kaybederse" serialında daha bir aktrisa rol alacaq.
"Unikal" xəbər verir ki, ekran işində Filiz Miftari "Rüya" obrazını canlandıracaq. O, 15-ci bölümdən etibarən izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, serialın baş rolları Halit Ergenç, Aslıhan Gürbüz, Nilperi Şahinkaya və Mərve Dizdara həvalə edilib.
Filiz son olaraq "İyilik" serialında rol alıb.