İranlı kinorejissor, keçmiş siyasi məhbus Cəfər Pənahi “Sadə bir qəza” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”nı qazanıb.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, tanınmış aktrisa Keyt Blanşett Azərbaycan əsilli Pənahiyə mühüm mükafatı təqdim edib.

“Sadə bir qəza” İran daxilində rəsmi icazə olmadan və İslam Respublikasının məcburi hicab siyasətinə zidd olaraq çəkilib. 

Pənahi Kann Film Festivalında “Qızıl Palma” mükafatını aldıqdan sonra İranın bu məqamda fikir ayrılıqlarını bir kənara qoymasının vacibliyini vurğulayıb. 

İranın yaxın gələcəkdə azadlığa qovuşacağına ümid etdiyini bildirən kinorejissor əlavə edib: "Ümid edirəm ki, elə bir nöqtəyə çatırıq ki, heç kim bizə nə geyinib geyməməli, nə edib-etməməli olduğumuzu deməsin, bizim sevgimiz olan kinoya gəldikdə isə heç kim bizə nəyi edib-etməməyimizi demir". 

Ağarza Elçinoğlu