Yevlaxda traktorun aşması nəticəsində bir nəfərin dünyasını dəyişməsi ilə bağlı cinayət işi başlanılıb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gün saat 16 radələrində Yevlax rayon Aran qəsəbəsi ərazisində baş verib.

Belə ki, avtomobil yolu olmayan dağətəyi sahədə Mingəçevir şəhər sakini, 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlu idarə etdiyi “T-40” markalı traktor ilə dağ ətəyi sahədə yamacda nasaz vəziyyətdə qalan “Qaz-2410” markalı avtomobili kəndirlə dartmaq istəyib. Bu zaman traktorun aşması nəticəsində sürücüsü Firdovsi Mustafayev ehtiyatsızlıqdan hadisə yerində ölüb.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Murad İbrahimli