"Sülh asanlıqla əldə olunmur. Bu, cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimadın yaradılması ilə idarə olunan davamlı bir prosesdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib.
"Ermənistanın baxışı aydındır: İki qonşumuzla münasibətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə, hər kəs tərəfindən irəli sürülən ərazi iddialarının qeyd-şərtsiz rədd edilməsi ilə tənzimlənməsindən ibarətdir", - Mirzoyan deyib.
Ağarza Elçinoğlu