Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Necə yaşayırsınız doğma torpaqda?

Sakinlər: Yaxşı, Sizin sayənizdə yaxşı.

Prezident İlham Əliyev: İş yeri də açılıb.

Sakinlər: Hər şey gözəldir.

Prezident İlham Əliyev: Evlərlə də təmin olunmusunuz.

Sakinlər: Bəli, çox yüksək səviyyədə. Allah canınızı sağ eləsin. Sizin kimi gözəl Prezidentimiz var.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Biz həmişə Sizə dünya Lideri deyirik. Siyasi cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən xalqımıza çox böyük dəstək olursunuz. Sizə çox-çox minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun

Sakin: İnşallah, gələn il bu vaxt gələndə şəxsən bizim evə qonaq gələrsiniz.

Prezident İlham Əliyev: Gələrəm.

Sakin: Başımız üstə yeriniz var, 495 nömrəli evdə Sizi gözləyirik.

Prezident İlham Əliyev: Şəhərdə qalırsınız?

Sakin: Bəli. Bayraq meydanı ilə üzbəüz. Gözümüz üstə. Siz çox sadə adamsınız. Xalqınızı çox sevənsiniz. Hər bir şeyə dəyər verənsiniz. Bizim üstümüzdə Sizin haqqınız çox-çox yüksəkdir.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Biz də fəxr edirik ki, Sizin kimi gözəl Prezidentimiz var.

Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm. Uzun illər ərzində işğal həyatını yaşamısınız, ancaq ümidlərinizi itirməmisiniz. Bilirdiniz, inanırdınız ki, qayıdacaqsınız və qayıtmısınız. İndi həm evlərlə təmin olunmusunuz, həm də iş yeri ilə, gözəl sənaye zonası yaradılıb. Düzdür, Laçın cənnətin bir parçasıdır, burada yaşamaq da xoşdur, çalışmaqda, işləmək də. Əsas odur öz torpağında, öz doğma torpağındasan.

Sakin: Vətənimizdəyik, ata-baba yurdumuzdayıq. Çox-çox minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakinlər: Çox sağ olun, var olasınız.

Prezident İlham Əliyev: Sabah Müstəqillik Günüdür.

Sakin: Gələn ayaqlarınız var olsun, Allah kölgənizi daimi etsin.

Prezident İlham Əliyev: Sağ olun, sizinlə bayram ərəfəsində görüşürük.

Sakin: Ən böyük şansdır bizim üçün.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

***

10:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.