170 milyon rubl məbləğində vergidən yayınmaqda ittiham olunan bloger və milyonçu Hüseyn Həsənov Rusiya Federasiyasına qayıda bilər.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Dmitri Kozyaykin məlumat verib.
"Biz nəhayət, onun nədə ittiham olunduğunu anlayan kimi və buna uyğun olaraq yekun müdafiə xəttini quran kimi düşünürəm ki, o, ölkəyə qayıtmaq məsələsini mütləq nəzərdən keçirəcək. O, burada anadan olub, Rusiya Federasiyasının vətəndaşıdır, başqa ölkələrdə vətəndaşlığı və yaşayış icazəsi yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, Həsənov əvvəllər qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.