Türkiyəli keçmiş model Deniz Akkayanın qızı ilə bağlı qəyyumluq işinə baxan məhkəmənin hakimini sosial şəbəkədə təhqir və təhdid etdiyi iddiası üzrə məhkəmə işi yekunlaşıb.

Bu barədə "Unikal" "Haber Global"a istinadən xəbər verir.

Məhkəmə təqsirləndirilən Deniz Akkayanın iki cinayət maddəsi üzrə 2 il 4 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Məhkəmə Deniz Akkayanın vəkili iştirak edib. Model iclasda iştirak etmədiyi üçün onun son sözlərini soruşmaq mümkün olmayıb, vəkili isə müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Lakin məhkəmə müttəhim Deniz Akkaya barəsində həbs qərarı verib.