"Yeşilçam"ın aktrisası Devlet Devrim vəfat edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 81 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, onun ilk filmi 1963-cü ildə lentə alınan və baş rollarda Orhan Günşirayla Nebahat Çehrenin çəkildiyi “Çiçəksiz bağ” olub.

Aktrisa "Mor defter", "İstanbulun kızları", "Haremde dört kadın ", "Çalıkuşu", "Battal Gazi", "Ben bir sokak kadınıyım ", "Yarın çok geç olacak" kimi ekran işlərində rol alıb. Devlet Devrim 1971-ci ildə evləndikdən sonra səhnə karyerasına son qoyub. O, 1999-cu ildə Attila İlhanın eyniadlı romanı əsasında ərsəyə gələn "Kurtlar sofrası" serialında "Zəhra" adlı qadın müğənni obrazını canlandırıb.