Yevlax sakini bıçaq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, hadisə Gülövşə kəndi yaxınlığında baş verib
1969-cu il təvəllüdlü kənd sakini Mövsümov Rəşad Adil oğlu axşam saatlarında qarın nahiyəsindən aldığı bıçaq yarası ilə təcili xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıb.
Yaralı şəxs "həyətdə kabab bişirərkən yıxıldığını və bu zaman qarnına bıçaq batdığını" deyib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov