"M*A*S*H" (1972-1983) serialında mayor Marqaret Haliqan obrazı ilə tanınan amerikalı aktrisa Loretta Suit 88 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, aktrisa Nyu-Yorkda təbii səbəblərdən ölüb.
Suit dörd dəfə “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Qızıl Qlobus” mükafatına, eləcə də eyni kateqoriyada altı dəfə “Emmi” mükafatına namizəd olub.