31.05.2025-ci il tarixində saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır.
***
09:04
Goranboyda qadın bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib.
Kənd sakini 1987-ci il təvəllüdlü G.Nəcəfova boğazının bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadını qardaşı 1993-cü il təvəllüdlü S.Nəcəfov bıçaqlayıb.
Faktla bağlı araşdırmaya başlanıb.
Tural Əhmədov