Sabah Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində qaz sızmasının qarşısını almaq məqsədilə 2 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Unikal" xəbər verir ki, bu barədə  Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri qaz xətlərində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. İşlərin gün ərzində yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulur.