"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 15 iyun tarixindən etibarən bazar günləri efirə gedəcək.

Əgər yeni yayım gününüdən layihənin reytinqləri yüksələrsə, serial davam edəcək. Əks halda, iyun ayının sonunda ekran işi final edəcək.

Qeyd edək ki, "NOW" kanalında yayımlanan layihənin baş rollarını Cemre Baysel, Qonca Vuslateri, Halil İbrahim Ceyhan canlandırır.