Göygöl sakininin kürək nahiyəsindən xəsarət almasının səbəbi məlum olub.
"Unikal"ın məlumatına görə, rayonun Qırıxlı kənd sakini 1970-ci il təvəllüdlü Murad Mehdili Gəncə şəhəri ərazisində yaşadığı ünvanda hündürlükdən yıxılıb.
Bu zaman onun kürəyinə dəmir parçası batıb. O, kürəyinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Fakt araşdırılır.
***
09:06
Göygöl rayon sakininə kəsici alətlə xəsarət yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırıxlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1970-ci il təvəllüdlü Murad Mehdili kürək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal həmin şəxsə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Onun hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov