Ötən gün saat 05:35 radələrində Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Yüzbaşov Elnur Rafiq oğlu idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə Ələt qəsəbəsi ərazisində hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək həmin ünvanda yerləşən daş hasara və elektrik dirəyinə vurub.
Nəticədə aldığı xəsarətlərlə yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə aparılan müalicəyə baxmayaraq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Murad İbrahimli