"Hazırda Tarif Şurasının qərarına əsasən, 1 kv metr sahənin mövsüm ərzində isidilməsi üçün 30 qəpik təyin edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.

O bildirib ki, mövcud tarifə əsasən, “Azərenerji” öz istilik enerjisini "Azəristiliktəchizat" ASC-yə topdansatış qiyməti 3 manatdır: "1 kv metr yaşayış sahəsinin isidilməsi üçün iki normativ var. Biri var yeni tikilən binalar. Hansı ki, 90-cı illərdən sonra tikilib istifadəyə verilib. Onlarda müəyyən dərəcədə istilik izolyasiyaları var. Bir də 90-cı illərə qədər tikilən binlara var. Onlar panel evlərdir. Normativin birində 1 kv metr üçün 60-80 kilovat/saat mövsüm ərzində tələb olunur. 90-cı illərə qədər tikilən binalarda isə 1 kv metr üçün 150-200 kilovat/saat elektrik enerjisi tələb olunur. Müəyyən olunur ki, 1 ay ərzində istilik enerjsinin dəyəri hazırda 1 kv metrin isidilməsi üçün 24-80 qəpik arasındandır. Amma 30 qəpik bir mövsüm üçün təyin olunub. Hazırda istilik enerjisi ilə bağlı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır".

Anar Kəlbiyev