İsrailin Qəzza zolağına zərbələr endirməkdə davam etdiyi bir vaxtda, mayın 4-də Yəmən husi üsyançıları tərəfindən İsrailə atılan raketin ölkənin əsas beynəlxalq hava limanı yaxınlığında düşməsindən sonra beynəlxalq hava yolları yenidən Təl-Əvivə uçuşlarını dayandırıb.

"Unikal" xəbər verir ki, AirBaltic, Air Canada, Air France-KLM, British Airways, ITA Airways, Lufthansa, RyanAir və United Airlines artıq İsrailə uçuşları dayandırdıqlarını elan ediblər.