Lənkəranın ucqar dağ kəndində meyit tapılıb.

"Unikal"ın məlumatına görə, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.

Xəlil Əliyev