Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda Ura.ru saytının redaksiyasında axtarış aparıb. 

"Unikal" xəbər verir ki, bu  barədə FTX-nın mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, əməliyyat zamanı saytın iki əməkdaşı, o cümlədən redaktor Denis Allayarov saxlanılıb. 

Məlumata görə, Ura.ru-nun redaksiyasında aparılan istintaq hərəkətləri 2021-ci ilin martında xarici agent kimi tanınan “Həkimlər Alyansı” qeyri-kommersiya təşkilatı tərəfindən nəşrin 2020-ci ildə maliyyələşdirilməsi ilə bağlı ola bilər.

Gülayə Mecid