Türkiyəli aktrisa Eylem Tanrıver plastik əməliyyatdan sonra qismən iflic olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa səhlənkarlıq ucbatından əməliyyatdan sonra saatlarla yanlış vəziyyətdə qaldığını və sinir sisteminin zədələndiyini iddia edib. O, buna görə məhkəməyə şikayət yazıb: 

"6 saatdan çox davam edən əməliyyatda düzgün olmayan bir formada qaldım. Mənə təcili yardım maşını belə ayrılmadı. Öz gücümlə, yaralı və əzilmiş qollarımla evə getməli oldum. Bu səbəbdən peşəmi davam etdirə bilmədim. Xəstəxana rəhbərliyi də mənə dəstək olmadı. Uşağımın ehtiyacları belə qarşılanmadı. İmtahan vaxtı yanında ola bilmədim. Həyatımı əlimdən aldılar".

Qeyd edək ki, Eylem "Uzak şehrin Masalı", "Hercai", "Kırqın çiçekler", "Kaçak gelinler", "Beni böyle sev " kimi seriallarda rol alıb.