Sabirabad rayonunda minik avtomobilinin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad rayonu Qalağayın kəndi ərazisində qeydə alınıb. Yol kənarında dayanan “VAZ” markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.