ABŞ-ın Boston şəhərində də etiraz aksiyası keçirilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.

İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.

Etirazçılar aksiyaları dayandırmaq üçün Prezident Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.