Qəzza zolağına keçməyə çalışan isveçli fəal Qreta Tunberq İsraildən deportasiya edilib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Qeyd edək ki, ötən gecə İsrail qüvvələri Azadlıq Donanması koalisiyasının tərkibində Qəzza zolağının sahillərinə doğru hərəkət edən “Madlin” gəmisini yoxlayaraq saxlayıblar. Təyyarədə 12 nəfər, o cümlədən Tunberq, həmçinin Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları olub.