Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplomu proqramı çərçivəsində Ege Universitetində təhsil alan IV kurs tələbələrimiz Tələbə Kəndi futbol turnirində I yerə çıxıblar.
"Unikal" xəbər verir ki, 10 komandadan ibarət turnirin finalında Azərbaycanı təmsil edən Turan FK ilə Türkiyəni təmsil edən Söğüt FK qarşılaşıb. Gərgin keçən final oyunu 4-2 hesabında ADAU tələbələrinin parlaq qələbəsi ilə nəticələnib.
Sonda qaliblər medal və kubokla təltif olunublar.