Hindistan əhalisinin sayı 1,5 milyard nəfərə yaxınlaşıb və gələcəkdə bu rəqəm daha 200 milyon nəfər artacaq.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilir.

"Hindistan hazırda təxminən 1,5 milyard nəfər əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir; bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1,7 milyarda qədər artacağı gözlənilir"- deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.

BMT-nin keçənilki Dünya Əhali Prospektləri hesabatında Hindistan əhalisinin 1960-cı illərin əvvəllərində pik həddinə çatacağı və təxminən 1,7 milyard nəfər olacağı bildirilir.

Beynəlxalq təşkilatın proqnozuna görə, dünya əhalisi 2080-ci illərin ortalarında 10,3 milyard nəfərə çatacaq.