Milli Qvardiya əsgərlərinin və dəniz piyadalarının Los-Ancelesə yerləşdirilməsi ABŞ-a azı 134 milyon dollara başa gələcək.

"Unikal"ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.

O bildirib ki, onların orada mövcudluğu daha 60 gün davam edəcək. “Çünki polis əməkdaşlarımıza hücum edərək iğtişaş, talançılıq və quldurluq edənlər heç bir yerə getməyəcəyimizi bilsinlər",- deyə müdafiə katibi əlavə edib. Vəsaitin qidalanmaq, gecələmə və səfər üçün xərclənəcəyi qeyd olunub.