Hollivud ulduzu, 48 yaşlı aktyor Orlando Bloom qanından mikroplastik və toksinləri çıxarmaq üçün Londondakı özəl klinikaya baş vurub. 

"Unikal" xəbər verir ki, təxminən 10.000 funt-sterlinqə (22 922 AZN) başa gələn və iki saat davam edən müalicə ictimai müzakirələrə səbəb olub.

Bloom gənc qalmaq qanını xüsusi prosedurla təmizlətdirib. Prosedurda qırmızı qan hüceyrələri və plazma ayrılır, plazmadan mikroplastikləri, toksinləri və iltihabı süzür; sonra təmizlənmiş plazma yenidən bədənə daxil edilir. Klinika rəsmiləri iddia edirlər ki, bu üsul qandan 90%-99% zərərli maddələri çıxarır və iltihabın səviyyəsini azaldır. Bununla belə, elm adamları müalicənin iddia edilən faydalarını şübhə altına alırlar.

Qey edək ki,  aktyor "Üzüklərin hökmdarı" (The Lord of the Rings) və "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) seriallarındakı işi ilə dünya miqyasında tanınıb.  

Gülayə Mecid