Ölkə üzrə vahid plagiat sisteminin yaradılmasına ehtiyac var.
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) deyib.
Rektor bildirib ki, ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması üçün vahid plagiat yoxlama sisteminin yaradılmasına ciddi ehtiyac var: “Bu sahədə süni intellekt alətlərindən istifadə genişləndirilməli, xüsusilə elmi çatbotlardan səmərəli şəkildə faydalanmaq vacibdir. Müasir texnologiyaların elmə inteqrasiyası elmi keyfiyyətin artırılmasına mühüm töhfə verə bilər”.