ABŞ-nin Bağdaddakı səfirliyi amerikalılara İraqa səfər etməməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat dərc edib.
"ABŞ prezidenti Donald Trampın ABŞ qoşunlarının Yaxın Şərqdən çəkildiyini söyləməsindən sonra ABŞ-nin Bağdaddakı səfirliyi cümə axşamı Amerika vətəndaşlarına İraqa səfər etməməyi tövsiyə edib", - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirmişdi.
Gülayə Mecid