Gəncədə yaşlı qadın avtobusda yıxılaraq xəsarət alıb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü N.Əliyeva 1 saylı xətt üzrə işləyən mikroavtobusun içərsində yıxılıb. Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, avtobus sürücüsü əyləcdən anidən istifadə edib. Bu zaman yaşlı qadın yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov