Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinin keçiriləcəyi tarix məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, hərbi təlim iyunun 20-dən 30-na qədər Naxçıvanda baş tutacaq.
Təlimdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusunun şəxsi heyəti səhra atəşi tapşırıqlarını yerinə yetirəcək.