Hindistanda "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğradığı yerdə iki qara qutudan biri tapılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə "Hindustan Times"  nəşri məlumat dərc edib. 

"Əhmədabadda 300-dən çox insanın ölümü ilə nəticələnən faciəvi təyyarə qəzasından bir neçə saat sonra səlahiyyətlilər qəzanın səbəbini müəyyən etməyə kömək edəcək iki qara qutudan birini tapıblar", - KİV yazıb. 

Təyyarənin ön hissəsində yerləşən ikinci qara qutu hələ də tapılmayıb. 

"Air India Boeing 787 Dreamliner" təyyarəsi  Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə  həkimlər yataqxanasına çırpılıb.

Gülayə Mecid