İsrail Hərbi Hava Qüvvələri (IAF) İranda yəhudi dövlətini hədəf alan ballistik raketləri vurub.
"Unikal" xəbər verir ki bu barədə İsrail kanalları məlumat yayıb.
"Hərbi-Hava Qüvvələri İsrail dövlətinə yönəlmiş ballistik raketləri məhv edib", - məlumatda qeyd olunub.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan "Am Kelavi" (Aslan kimi millət) əməliyyatına başladığını elan edib.
Gülayə Mecid