İsrail bu gün ardıcıl zərbələrlə İranın Natanz nüvə obyektinə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvəndi bu barədə deyib: "Vəziyyəti yaxından görmək üçün cənab Eslami ilə birlikdə Natanzda oldum. Natanzda, xüsusilə Natanzdakı yerüstü obyektlərə ziyan dəyib. Mənə məlumat verildi ki, yanğın söndürülüb. Xoşbəxtlikdən əvvəlki proqnozlara görə, tələfat olmayıb və dəymiş ziyanın böyük hissəsi səthdə olub. Bu iki zənginləşdirmə sahəsi yerin dərinliklərindədir və Natanza hücum içəriyə nüfuz etməyə yönəlmiş bir sıra raket hücumları idi. Biz açıqlama verdik ki, ərazinin daxilində kimyəvi və radiasiya ilə çirklənmə hiss olunub, lakin çöldə heç bir çirklənmə olmayıb və narahatlığa əsas yoxdur. İçərini təmizləməli və sonra zərəri qiymətləndirməliyik".

Ağarza Elçinoğlu