Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə “Times Higher Education Impact Rankings 2025” reytinq cədvəlində yer alıb. Reytinqdə ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətləri qiymətləndirilir.

"Unikal" xəbər verir ki, akademiya “Səhiyyə və rifah” kateqoriyasında 801–1000, “Bərabərsizliyin azaldılması” üzrə isə 1001+ aralığında reytinqə daxil olaraq bu istiqamətlərdə fəaliyyətini nümayiş etdirib. ASA ölkə üzrə bu reytinqdə təmsil olunan 25 ali təhsil müəssisəsi arasında 9-cu, dünya üzrə isə 1501+ yerdə qərarlaşıb.

ASA “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətləri üzrə də müvafiq olaraq 1501+ aralığında bu sahələrdə də öz mövcudluğunu təsdiqləyib.

Qeyd edək ki, “Times Higher Education Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini ölçən qlobal reytinq sistemidir.

https://www.timeshighereducation.com/impactrankings#!/length/25/locations/AZE/sort_by/rank/sort_order/asc