Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Cəfərov Talıb Məmmədhüseyn oğlu Kriminalistika və İnformasiya texnologiyaları idarəsinə, Erkin Əlixanov Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəisi, Əliyev Səbuhi Mehdi oğlu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi təyin ediliblər.
Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.