Gəncədə yeniyetməni avtomobil vurub.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolun qarşı tərəfinə keçmək istəyən 2011-ci təvəllüdlü T.Əliyevi minik maşını vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov