"Həyat yoldaşım, Baş nazir Benyamin Netanyahunun tez-tez dediyi kimi: Siz, İran xalqı, zəngin tarixə malik istedadlı və bacarıqlı bir xalqın möhtəşəm mədəniyyətinin varislərisiniz".
"Unikal" xəbər verir ki, bunu Sara Netanyahu sosial şəbəkə hesabında yazıb.
"Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizinlə deyil, sizə zülm edən zalım rejimlədir. Biz xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq", - o, qeyd edib.
Xatırladaq ki, İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hücumların ardından bölgədə gərginlik səngimir.
Gülayə Mecid