Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 28 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
*** 20:42
Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 26 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
*** 20:19
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Zəhərlənənlərdən biri hamilə qadındır.
*** 20:05
Tovuzda dönərdən zəhərlənlərin sayı getdikcə artır.
"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 22 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
*** 19:27
Tovuzda dönərdən kütləvi zəhərlənənlərin sayı 20-yə çatıb.
"Unikal" xəbər verir ki, onların hamısı xəstəxanaya yerləşdirilib.
*** 19:10
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
*** 18:58
Tovuzda dönərdən kütləvi zəhərlənən şəxslərin kimlikləri məlum olub.
"Unikal"ın məlumatına görə, zəhərlənən şəxslər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova,1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cu il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-cı il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.
Hazırda onlara xəstəxanaya yardım edilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
*** 18:35
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Belə ki 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Tural Əhmədov