Tovuzda piyadanı maşın vurub.

"Unikal"ın  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov