Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro deyib.
"Aİ, amerikalı senatorlarla səyləri əlaqələndirərək, Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır", - deyə nazir bildirib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın neft gəlirlərinə, eləcə də Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki Rusiyanın maliyyə oyunçularına və vasitəçilərinə təsir edəcək.
Aİ yeni, daha sərt sanksiyaların Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirməsinə mane olacağını gözləyir.