Şəkidə yanan yük maşını FHN-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə "Unikal"a nazirlikdən məlumat verilib.
***15:58
Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verib.
"Unikal" xəbər verir ki, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.