Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yol həbsinə order verib.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap News" məlumat yayıb.
“Seul məhkəməsi keçmiş prezident Yun Sok-Yolun hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı həbs qərarı çıxarıb”, - məlumatda deyilir.
Dekabrın 3-də Yun Sok-Yol ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Saatlar sonra parlament sərəncamın ləğvinə səs verib.