Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Reno" markalı minik maşını yol kənarında dayanan "Mercedes" markalı yük maşınına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da minik maşına ziyan dəyib. Qeyd edək ki, yük maşını 166 yükdaşıma xidmətinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov