Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində Eldar Babayev küçəsi təmir olunur.

Agentlikdən "Unikal"a verilən məlumata görə, uzunluğu 1.35 km olan sözügedən küçənin ortalama eni 8 metrdir.

Aparılan təmir işləri çərçivəsində hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, mövcud piyada səkilərinin bərpası, 1600 p/m bordür daşlarının düzülməsi işləri icra olunur.

Bu işlərlə paralel olaraq, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.