Gəncədə evdən 40 yaşlı kişinin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən həyət evlərinin birində baş verib.

Belə ki, 40 yaşlı İ.İmanovun yaşadığı evdə meyiti aşkar edilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov